ABŞ-da inflyasiya təhlükəsi davam edir | Banco.az

ABŞ-da inflyasiya təhlükəsi davam edir

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da inflyasiya küləkləri səngiməyib.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun birinci vitse-prezidenti Gita Qopinath fikirlərini bölüşüb. O, ABŞ-da inflyasiya təhlükəsinin sovuşmadığını vurğulayaraq FED-in qiymət artımları ilə mübarizədən qalib çıxmasına dair danışmağın tez olduğunu qeyd edib. Gita Qopinath FED-i bu il də faiz artımlarını davam etdirməyə səsləyib. 

Bundan başqa BVF təmsilçisi əmək bazarı göstəricilərinə və xidmət sektorundakı vəziyyətə nəzər saldıqda inflyasiyaya səbəb olan olduqca ciddi nüansları sezməyin mümkün olduğunu bildirib. Onun fikrincə bu məqam inflyasiya ilə bağlı təhlükənin hələ də davam etdiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram