Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ İstehlak Qiymətləri İndeksi (İQİ) iyun ayında illik 2,7 faiz artaraq proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi iyun ayına dair istehlakçı inflyasiyası ilə bağlı göstəriciləri açıqlayıb.
Buna əsasən, İstehlakçı Qiymətləri İndeksi (İQİ) iyun ayında aylıq müqayisədə proqnozlara paralel olaraq 0,3 faiz artaraq son beş ayın ən yüksək artımını qeydə alıb.
İstehlakçı qiymətləri illik müqayisədə isə 2,7 faiz artaraq proqnozları üstələyib. Qeyd edək ki, gözlənilən artım 2,6 faiz idi.
Məlumatlara əsasən, əsas İQİ iyun ayında gözlənildiyi kimi illik 2,9 faiz artıb. Bundan əlavə, əsas İQİ üç ayın sonunda 2,8 faiz səviyyəsindən 2,9 faizə yüksəlib.
ABŞ-da əsas İQİ iyun ayında aylıq əsasda 0,2 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!