ABŞ-da inflyasiya proqnozları üstələyib | Banco.az

ABŞ-da inflyasiya proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da baza inflyasiyasında ötən 8 ayın ən sürətli artımı qeydə alınıb.

Banco.az xəbər verir ki, yanvar ayında ABŞ-da inflyasiya proqnozları üstələyib.

ABŞ Əmək Nazirliyinin məlumatına görə, ölkədə inflyasiya aylıq 0,3 faiz. illik isə 3,1 faiz təşkil edib.

Proqnozlar inflyasiyanın aylıq 0,2 faiz olacağı və illik 2,9 faizə enəcəyi istiqamətində idi.

Enerji və ərzaq qiymətlərini əhatə etməyən baza inflyasiya isə bu dövrdə aylıq 0,4 faiz artaraq 8 ayın ən sürətli artımını reallaşdırıb. İllik əsasda da dəyişməyərək 3,9 faiz səviyyəsində qalıb.

Qeyd edək ki, ölkədə ərzaq qiymətləri aylıq 0,4 faiz artaraq bahalaşmasını davam etdirib. Enerji qiymətləri isə benzinin ucuzlaşması nəticəsində 0,9 faiz geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Proqnozları üstələyən məlumatlar FED-in tezliklə faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntiləri də azaldıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et