ABŞ-da inflyasiya proqnozları üstələdi | Banco.az

ABŞ-da inflyasiya proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

ABŞ Əmək Nazirliyi avqust ayı inflyasiya məlumatlarını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatlara görə, istehlak qiymətləri avqust ayında əvvəlki aya nəzərən 0,1 faiz artıb. İllik inflyasiya isə 8,3 faiz təşkil edib.

Ekspertlər illik inflyasiyanın 8,1% olacağını proqnozlaşdırmışdılar. 

Nüvə inflyasiyası hesab edilən ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri də illik əsasda 6,3 faiz artım göstərib.

Avqust ayında enerji qiymətləri 5% ucuzlaşarkən, illik əsasda artım 32,9 faizdən 23,8 faizə geriləyib. Ərzaq qiymətləri isə aylıq 0,8 faiz, illik isə 11,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et