ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib | Banco.az

ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Statistikası Bürosunun (BLS) məlumatlarına əsasən, İstehlak Qiymətləri İndeksi (İQİ) dekabr ayında bazar gözləntilərinə uyğun dinamika nümayiş etdirib.

Noyabr ayında illik inflyasiyanın 2,7 faiz təşkil etməsindən sonra dekabr ayında da eyni səviyyədə qalması qiymət təzyiqlərinin üfüqi istiqamətdə davam etdiyini göstərib.

İQİ dekabr ayında aylıq əsasda da 0,3 faiz artıb. Gözləntilər aylıq inflyasiyanın 0,3 faiz, illik inflyasiyanın isə 2,7 faiz olması istiqamətində idi.

Əsas (baza) inflyasiyada azalma davam edir

Əsas inflyasiya aylıq əsasda 0,2 faiz artaraq 0,3 faiz səviyyəsində olan gözləntilərdən aşağı qalıb. İllik əsasda isə 2,6 faiz təşkil edərək 2,7 faiz səviyyəsindəki proqnozları üstələyə bilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram