ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da noyabr ayı inflyasiyası proqnozlardan aşağı reallaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da inflyasiyanın artım sürəti enerji qiymətlərinin ucuzlaşmasının bahalaşan ərzaq qiymətlərini tarazlaşdırması fonunda noyabr ayında zəifləyib.

Əmək Nazirliyinin məlumatına görə, ölkədə istehlak qiymətləri indeksi (İQİ, CPI) aylıq 0,1 faizlə proqnozlardan geridə qalıb. İllik artım isə 7,1 faiz təşkil edib.

Ekspertlər isə aylıq 0,3 faiz, illik 7,3 faiz artım gözləyirdilər.

Sözügedən dövrdə nüvə inflyasiyası da proqnozlardan aşağı olmaqla aylıq 0,2 faiz, illik isə 6 faiz artıb. Proqnoz aylıq 0,3 faiz, illik 6,1 faiz artım istiqamətində idi. Beləliklə, nüvə inflyasiyasında bir ildən artıq müddətin ən aşağı aylıq artımı qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ay ABŞ-da enerji qiymətləri 1,6 faiz ucuzlaşarkən, ərzaq qiymətləri 0,5 faiz bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et