ABŞ-da inflyasiya 9 ayın minimumuna geriləyib | Banco.az

ABŞ-da inflyasiya 9 ayın minimumuna geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da illik inflyasiya oktyabrda ötən 9 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, ABŞ-da ötən ayın inflyasiya göstəriciləri açıqlanıb.

Buna görə, ölkədə oktyabr ayında aylıq inflyasiya 0,4 faiz olaraq qeydə alınıb. Proqnozlar 0,6 faizi göstərirdi.

İllik inflyasiya isə 7,7 faiz artım göstərib ki, ekspertlər artımın 7,9 faiz olacağını gözləyirdilər. 

Sentyabrda illik inflyasiya 8,2% qeydə alınmışdı.

Əsas göstəricilər də aşağı düşüb. Belə ki, açıqlanan məlumatlara görə, oktyabrda ərzaq və enerji məhsulları istisna olmaqla aylıq inflyasiya 0,4 faiz, illik inflyasiya isə 6,3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et