ABŞ-da inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-da inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya göstəricisi ötən 2 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, ABŞ-da iyun ayı inflyasiya göstəriciləri açıqlanıb.

Məlumatlar göstərir ki, iyun ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozu artımın 3,1 faiz olacağı istiqamətində idi.

İstehlak qiymətləri aylıq olaraq da 0,2 faiz artıb. Bu məlumat üçün proqnoz isə 0,3 faiz olaraq təyin olunmuşdu.

Qeyd edək ki, baza göstəriciləri də bazar proqnozlarına uyğun gəlməyib. Belə ki, ərzaq və enerji xaric edilməklə hesablanan istehlak qiymətləri iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb. “Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar illik baza inflyasiyanın 5 faiz olacağını gözləyirdilər. 

Ən sərfəli kredit üçün müraciət et

Aylıq baza inflyasiyası da 0,2 faiz olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et