Müəllif: Tamara Mustafayeva, Banco.az
Amerikada ilin üçüncü rübündə iqtisadi artım tempi proqnozları üstələyib.
Banco.az xəbər verir ki, inflyasiya və FED-in faiz artımlarına baxmayaraq, III rübdə ABŞ iqtisadiyyatı güclü artım nümayiş etdirib.
İlk iki rübdə azalan ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə illik müqayisədə 2,6 faiz artıb. Ekspertlər 2,4 faizlik artım gözləyirdilər.
İqtisadi fəaliyyətin ən mühüm maddəsi hesab edilən şəxsi xərclər də 1,4 faiz artımla proqnozları geridə qoyub ki, iqtisadçılar 1 faiz artım olacağını düşünürdülər.
Xatırladaq ki, ötən rübdə ölkə iqtisadiyyatı 0,6 faiz daralmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!