ABŞ-da idxal və ixrac qiymət indeksləri artıb | Banco.az

ABŞ-da idxal və ixrac qiymət indeksləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-da idxal və ixrac qiymət indeksləri artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi aprel ayı üzrə idxal və ixrac qiymətləri indeksinə dair məlumatları açıqlayıb.

Bu məlumatlara görə, ölkədə aprel ayı ərzində idxal qiymətləri indeksi aylıq 0,4 faiz artıb. Bazar proqnozları sözügedən dövrdə idxal qiymətləri indeksinin 0,3 faiz artması istiqamətində idi.

Qeyd edək ki, yanacaq xərclərinin artması səbəbindən ötən ilin sonundan bəri ilk dəfə artım göstərən idxal qiymətləri indeksi mart ayında 0,8 faiz azalmışdı.

Aprel ayında ölkədə ixrac qiymətləri indeksi isə aylıq 0,2 faiz artıb. Ekspertlərin gözlədiyi kimi açıqlanan ixrac qiymətləri indeksi mart ayında 0,6 faiz azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et