Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,42% azalaraq 52,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,07% azalaraq 55,19 dollar olub.
Bu gün ABŞ-ın Enerji İnformasiya İdarəsi ölkənin kommersiya ehtiyatlarının həcmini açıqlayacaq. "Bloomberg" agentliyinin proqnozlarına əsasən, kommersiya ehtiyatları 3 mln. barel artacağı gözlənilir. Proqnoza görə, ABŞ-da sutkalıq neft hasilatı 9,5 mln. barelə çatacaq.
Mənbə: Apa.az