ABŞ-da fabrik-zavod sifarişləri gözləniləndən daha az artıb | Banco.az

ABŞ-da fabrik-zavod sifarişləri gözləniləndən daha az artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Ticarət Nazirliyi sentyabr ayına dair fabrik-zavod sifarişləri məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, buna görə, ölkədə fabrik sifarişləri sentyabr ayında 0,2 faiz artıb. Bazar gözləntiləri isə sifarişlərin 0,5 faiz artacağı istiqamətində idi.

Fabrik sifarişləri avqust ayında 1,3 faiz yüksəlmişdi.

Həmin dövrdə davamlı istehlak malları üzrə sifarişlər 0,5 faiz artmış, davamlı olmayan mallara tələbat isə 0,1 faiz azalmışdır.

Fabrik sifarişləri ABŞ iqtisadiyyatında mühüm paya sahib sənaye sektorunun son dövrlərdəki fəaliyyətinə dair əhəmiyyətli göstəricilərdən biri hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram