ABŞ-da fabrik sifarişləri dekabrda proqnozları doğrultmayıb | Banco.az

ABŞ-da fabrik sifarişləri dekabrda proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ilin son ayında ABŞ-da fabrik sifarişləri 1,8 faiz artaraq bazar proqnozlarına uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2022-ci ilin dekabr ayı üzrə fabrik-zavod sifarişi məlumatlarını açıqlayıb.

Bu məlumata müvafiq olaraq müəyyən edilib ki, ölkədə fabrik sifarişləri keçən ilin dekabr ayında əvvəlki ayla müqayisədə 1,8 faiz artım göstərib. Bazar proqnozları isə 2,3 faiz artım istiqamətində idi.

Qeyd edək ki, sözügedən dövrdə davamlı istifadə olunan mallar üzrə sifarişlər 5,6 faiz artarkən, qeyri-davamlı mallar üzrə sifarişlər isə 1,9 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et