Müəllif: Tamara Mustafayeva, Banco.az
Yanvar ayında ABŞ-da fabrik və zavod sifarişləri 3,6 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar ayı üzrə fabrik-zavod sifarişi məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə fabrik və zavod sifarişləri yanvar ayında əvvəlki aya görə 3,6 faiz azalıb.
Ekspertlər sifarişlərin bu dövrdə 3,1 faiz zalacağını gözləyirdi.
2020-ci ilin aprel ayından bu yana ən böyük azalmanı reallaşdıran fabrik və zavod sifarişləri ötən ilin dekabrında 0,3 faiz azalmışdı.
Xatırladaq ki, fabrik-zavod sifarişləri ABŞ iqtisadiyyatında mühüm yer tutan sənaye sektorunun yaxın gələcək göstəricilərinə işıq tutmaq baxımından əhəmiyyət daşıyır.
Bizi sosial şəbəkələrdən izləyin!!