ABŞ-da ev heyvanlarına qulluq edənlər daha çox qazanmağa başlayıb | Banco.az

ABŞ-da ev heyvanlarına qulluq edənlər daha çox qazanmağa başlayıb

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da ev heyvanlarına qulluq bazarı sürətlə inkişaf edir.

Banco.az xəbər verir ki, məlumata görə, koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda 23 milyondan çox insan it və pişik sahiblənməyə qərar verib. Hazırda isə artıq ofisə qayıdan milyonlarla işçi üçün ev heyvanlarını gəzdirmək və bəsləməklə bağlı köməkçilər tutmaq vacib məsələyə çevrilib. Beləliklə, hesabatlara görə, it gəzintisində ixtisaslaşan xidmətlərin və özəl işçilərin gəlirlərinin sürətlə artması müşahidə olunub. Yarım saatlıq gəzintilərin qiyməti 14 dollardan 35 dollara yüksəlib. İşçilər aylıq 8000 dollar və ya illik 100 min dollardan çox qazanmağa başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et