Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın istehsal PMI-i proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ-da Təchizatın İdarəolunması İnstitutu (ISM) fevral ayına dair emal sənayesi üzrə Satınalma Menecerləri İndeksinin (PMI) göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, ISM-in emal sənayesi üzrə PMI göstəricisi fevral ayında əvvəlki ayla müqayisədə 0,2 bənd azalaraq 52,4 bəndə enib. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların median proqnozu indeksin 51,5 səviyyəsinə düşəcəyi istiqamətində idi.
Emal PMI-nin alt göstəricilərindən olan məşğulluq indeksi aylıq əsasda 0,7 bənd artaraq 48,8-ə yüksəlib. Yeni sifarişlər indeksi isə 57,1 səviyyəsindən 55,8-ə geriləyib. Emal sənayesi üzrə qiymət indeksi yanvar ayında 11,5 bənd artaraq 70,5 səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
