Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın dövlət borcu limiti keçərsə, ölkə artan iqtisadi xərclər səbəbindən tənəzzülə doğru istiqamət ala bilər. Həmçinin işsizlik səviyyəsi ən azı 2,5 dəfə artacaq.
Banco.az xəbər verir ki, bunu “Yeni Şafak” qəzeti bildirib. Məlumata görə, ABŞ-da federal hökumət 31,4 trilyon dollarlıq milli borc həddinə çataraq nağd pul çatışmazlığı ilə üzləşsə də, limitlə bağlı danışıqlarda hələ də razılıq əldə olunmayıb. Bununla yanaşı, mövcud vəziyyət ölkəni işsizliyin kəskin artması fonunda uzun sürən tənəzzüllə təhdid edə bilər.
Qeyd olunur ki, borc üzrə ödənişlərin həyata keçirilməməsi cəmi bir həftə ərzində ÜDM-in çökməsinə, işsizlərin sayının isə 2 milyon nəfər artacağına gətirib çıxaracaq. Bütün bunlar isə daha yüksək faiz xərclərinə səbəb olacaq. Bu səbəbdən ABŞ iqtisadiyyatı yalnız böhranın başlanğıcında təxminən 10 trilyon dollar itirə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!