ABŞ-da daha bir kriptovalyuta birjasının müflis olacağı gözlənilir | Banco.az

ABŞ-da daha bir kriptovalyuta birjasının müflis olacağı gözlənilir

Müəllif - Aida İsaq, Banco.az

Rəqəmsal aktiv maliyyə xidmətləri şirkəti olan "Genesis" iflasa uğramaqla üz-üzədir. Banco.az xəbər verir ki, sözügedən şirkətdə likvidlik problemləri "FTX"in böhrana uğramasından sonra başladı. Şirkət "FTX" ilə əməkdaşlıq çərçivəsində ona kreditlər ayırıb.

Hazırda "Genesis" şirkətə bir milyard dollara yaxın kredit verə biləcək investorları cəlb etməyə çalışır. Bununla yanaşı potensial investorlara atılacaq addımların uğursuz olduğu təqdirdə, şirkətin iflasa uğraması ilə bağlı xəbərdarlıq olunub.

"Genesis" isə hazırda vəziyyətdən çıxış yolunu axtarmağı əsas hədəf seçdiklərini bildirərək, bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

Məlumata görə, "Genesis" həmçinin "Binance" kriptovalyuta birjası ilə danışıqlar aparır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram