ABŞ-da böyük maraqla gözlənilən kritik inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-da böyük maraqla gözlənilən kritik inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in pul siyasəti strategiyası üçün kritik əhəmiyyət kəsb edən inflyasiya məlumatları açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-da aprel ayı üzrə inflyasiya göstəriciləri əsas komponentlərdə mülayim reqressiyaya işarə edərkən, bunun da FED-ə monetar sərtləşdirmə strategiyasına fasilə verməyə imkan yaradacağı düşünülür.

Belə ki, dünən açıqlanan məlumatlara görə, ABŞ-da istehlak qiymətləri əvvəlki aya nəzərən 0,4 faiz artıb. İllik inflyasiya isə 4,9 faiz təşkil edib.

Ekspertlər də aylıq inflyasiyanın məhz qeyd olunan nisbətdə gələcəyini düşünürdülər, ancaq illik inflyasiya proqnozu 5 faizi göstərirdi.

Ən sərfəli kredit üçün müraciət et

Baza göstəricilərə nəzər saldıqda görülür ki, ərzaq və enerji qiymətlərinin xaric edildiyi istehlak qiymətləri aprel ayında aylıq 0,4 faiz, illik 5,5 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et