ABŞ-da biznes fəaliyyəti dördüncü ayda da azalıb | Banco.az

ABŞ-da biznes fəaliyyəti dördüncü ayda da azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işgüzar aktivlik inflyasiya narahatlıqları və tələbin azalması ilə əlaqədar oktyabr da azalmağa davam edib.

Banco.az xəbər verir ki, "S&P Global" tərəfindən açıqlanan məlumatlara görə, ABŞ-da istehsal PMI indeksi bu ay 52-dən 49,9-a düşüb. Bu, 2020-ci ilin ortalarından bəri görülən ən zəif göstəricidir. Proqnoz isə 51 idi.

Xidmətlər PMI isə 49,3-dən 46,6-ya düşüb ki, bu da, 2020-ci ilin may ayından bəri ikinci ən pis göstəricidir. Proqnoz 49,5 idi.

Kompozit PMI də 49,5-dən 47,3-ə düşüb.

Oktyabr ayında istehsal və xidmət sektoru nümayəndələrinin iqtisadi perspektivlərlə bağlı gözləntiləri də pisləşib.

Qeyd edək ki, indekslərin 50-dən aşağı düşməsi sektorlarda daralmanı göstərir. Hesabatda şirkətlər zəif tələbin, artan faiz dərəcələrinin və davamlı inflyasiyanın sözügedən azalmaya səbəb olduğuna diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram