ABŞ-da beş külək enerjisi layihəsi dayandırılıb | Banco.az

ABŞ-da beş külək enerjisi layihəsi dayandırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da beş külək enerjisi layihəsi dayandırılıb.

Banco.az xəbər verir ki, ABŞ Daxili İşlər Nazirliyi milli təhlükəsizlik üçün risklər əsas gətirilərək ölkənin şərq sahilində tikintisi davam edən beş iri miqyaslı açıq dəniz külək enerjisi layihəsinin icarə hüquqlarının dayandırıldığını açıqlayıb.

Nazirlik tərəfindən yayımlanan açıqlamada bildirilib ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən yaxın zamanda müəyyən edilən milli təhlükəsizlik riskləri səbəbilə bütün iri miqyaslı açıq dəniz külək enerjisi layihələrinə dair icarə hüquqları dərhal dayandırılıb.

Açıqlamada qeyd olunub ki, bu qərar icarə hüququ sahibləri və ştat tərəfdaşları ilə birgə işləməklə layihələrin milli təhlükəsizlik risklərini azaltmaq imkanlarının qiymətləndirilməsi üçün vaxt qazanmağı hədəfləyir. Bu çərçivədə ABŞ-ın şərq sahilində yerləşən “Vineyard Wind 1”, “Revolution Wind”, “Coastal Virginia Offshore Wind (CVOW)”, “Sunrise Wind” və “Empire Wind 1” layihələrinin icarə hüquqlarının dayandırıldığı bildirilib.

Açıqlamada həmçinin vurğulanıb ki, ABŞ hökumətinə məxsus hesabatlar uzun müddətdir böyük turbin qanadlarının hərəkətinin və yüksək əks etdiriciliyə malik qüllələrin radar sistemlərində maneə və parazit yaratdığını ortaya qoyur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram