Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da üçüncü rüb üzrə bankların balans hesabatı mövsümü müsbət nəticələrlə başlayıb.
Banco.az xəbər verir ki, “JPMorgan Chase & Co” üçüncü rübdə xalis faiz gəlirində gözlənilməz artım açıqlayıb.
Bank ABŞ-da faiz dərəcələrinin aşağı düşməyə davam edəcəyi proqnozlarına baxmayaraq, gəlir təxminlərini də yüksəldib.
Bankın investisiya bankçılıq mənfəəti 31 faiz artaraq 16 faizlik proqnozları üstələyib. Birja broker tərəfi də 27 faiz gəlir artımı qeyd edib.
“JPMorgan Chase”in xalis mənfəəti isə potensial kredit defoltları üçün ehtiyatların yaradılması ilə əlaqədar olaraq üçüncü rübdə azalıb.
Digər tərəfdən, ABŞ-ın dördüncü ən böyük bankı olan “Wells Fargo” sentyabrın 30-da başa çatan üçüncü rübdə 5,11 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib. Bank ötən ilin eyni dövründə 5,78 milyard dollar xalis mənfəət açıqlamışdı.
“Wells Fargo”da səhm üzrə mənfəət də proqnozları üstələyib. Üçüncü rübdə bankın səhm üzrə mənfəəti 1,42 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!