Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dakı tətillərin ümumi dəyəri açıqlanıb.
Banco.az xəbər verir ki, ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) 3 böyük avtomobil istehsalçısına qarşı keçirdiyi tətilin dəyərinin 6 həftə ərzində 10,4 milyard dollara çatdığı güman edilir.
Miçiqanda yerləşən iqtisadi məsləhət firması “Anderson Economic Group” (AEG) Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqına bağlı işçilərin “General Motors” (GM), “Ford” və “Stellantis”ə qarşı başlatdıqları "Stand Up" adlı tətillə bağlı son təhlilini bölüşüb.
AEG-nin açıqlamasında avtomobil işçilərinin tətilinin birbaşa xərcinin 6 həftədə 10,4 milyard dollara çatdığının fərz edildiyi bildirilib.
Bildirilib ki, bu xərcin təxminən 650 milyon dolları əmək haqqı itkisi, 4,3 milyard dolları istehsalçı zərəri, 3,3 milyard dolları təchizatçı itkisi, 2 milyard dolları isə diler, müştəri və digər zərərlərdən ibarət olub.
Açıqlamada həmçinin həmkarlar ittifaqının 3 avtomobil istehsalçısı ilə müvəqqəti razılaşma əldə etməsindən əvvəl işdən çıxarılan işçilərin sayının 56 mini keçdiyi də vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!