ABŞ-da avtomobil işçilərinin tətili milyardlarla dollara başa gəlib | Banco.az

ABŞ-da avtomobil işçilərinin tətili milyardlarla dollara başa gəlib

Müəllif: Mehin Qasımova/Banco.az 

ABŞ-da avtomobil işçilərinin tətili milyardlarla  dollara başa gəlib.

Banco.az xəbər verir ki, bu barədə Reuters xəbər verib.

Belə ki, ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının (UAW) ölkədəki 3 avtomobil istehsalçısına qarşı başlatdığı tətilin dəyərinin ilk 2 həftədə 4 milyard dollara yaxınlaşdığı bildirilib. Tətilin 2 həftədə 325 milyon dollar birbaşa maaş itkisi, 1,12 milyard dollar istehsalçı itkisi, 1,29 milyard dollarlıq iqtisadi itki ilə nəticələndiyi təxmin edilir. 

Tətilin ikinci həftəsinin birinci ilə müqayisədə daha çox itkiyə səbəb olduğu, üçüncü həftənin isə Ford üçün əhəmiyyətli dərəcədə daha baha başa gələcəyinin proqnozlaşdırıldığı qeyd edilib.

Qeyd edək ki, 3 böyük avtomobil  istehsalçısını hədəf alan avtomobil işçilərinin tətili sentyabrın 15-də başlayıb və birliyin 88 illik tarixində ilk dəfə olaraq 3 avtomobil zavodunun işçiləri birlikdə tətilə çıxıblar.

Ən sərfəli kredit üçün müraciət et

Birlik sentyabrın 22-də yeni müqavilə danışıqlarında irəliləyiş olmadığı üçün GM və Stellantis-ə qarşı tətili genişləndirəcəklərini açıqlayıb.

Keçən həftə UAW, Ford Motor və General Motors-da çalışan daha 7 min üzvünün tətil edəcəyi açıqlanıb. Beləliklə, tətil edən işçilərin ümumi sayı 25 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et