ABŞ-da aktiv neft quyularının sayında kəskin artım gözlənilir | Banco.az

ABŞ-da aktiv neft quyularının sayında kəskin artım gözlənilir

ABŞ-da aktiv neft quyularının sayı 9-15 sentyabr həftəsində 7 ədəd və ya 0,93% azalaraq 749 ədəd təşkil edib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə hesabat həftəsi ərzində 8 ədəd və yaxud 0,685% azalaraq 936 ədədə geriləyib. Qeyd edək ki, aktiv neft quyularının sayı ötən həftə 3 ədəd və ya 0,4% azalma göstərib.

Bu barədə ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 12 həftə ərzində yeddi dəfə azalma, bir dəfə sabitlik, dörd dəfə isə artım nümayiş etdirib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 333 və yaxud 80%, qaz quyularının sayı isə 98 ədəd və ya 109%, ümumilikdə isə neft-qaz quyularının sayı 430 ədəd və yaxud 85% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,37 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,45% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək". Hazırda aktiv quyuyların sayında müşahidə olunan azalmarın səbəbi kimi qasırğalar göstərilir. Bu həftədən etibarən aktiv quyuların sayında kəskin artım müşahidə oluna bilər.

Mənbə: Report.az