Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay ABŞ-da inflyasiya gözləntiləri doğrultmayıb.
Banco.az xəbər verir ki, ABŞ-da ötən iki ay üzrə açıqlanan istehlak qiymətlərindəki artım göstəriciləri son iki ildən çox müddətin ən aşağı səviyyələri olduğu üçün Fed-in iqtisadiyyatı tənəzzülə sürükləmədən inflyasiyanı cilovlaya biləcəyinə dair ümidlər artıb.
Açıqlanan rəsmi rəqəmlərə görə bəlli olub ki, ABŞ-da istehlak qiymətləri indeksi iyulda illik 3,2 faiz artıb.
Aylıq inflyasiya isə 0,2 faiz səviyyəsində qeydə alınıb.
İqtisadçılar illik 3,3 faiz artım gözləyirdilər. Ancaq aylıq göstərici üzrə proqnoz məhz 0,2 faiz təşkil edirdi.
Baza inflyasiya rəqəmləri də proqnozlara uyğun gəlib. Belə ki, qida və enerji xaric edilməklə hesabalanan istehlak qiymətləri aylıq 0,2 faiz artıb. İllik inflyasiyası isə 4,7 faiz olaraq qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!