ABŞ-da 800 min dollara şəhər almaq olar! | Banco.az

ABŞ-da 800 min dollara şəhər almaq olar!

Əgər  böyük şəhərlərdəki həyat tərzi sizi qane etmirsə, onda Cənubi Dakoda ştatındakı Scenik şəhərinə köçmək imkanını nəzərə alın. Cəmi 800 min dollara bütün şəhər sizin ola bilər.

Bu qədər pula siz nə əldə edə bilərsiz?  Bir neçə yaşayış evi və boş tikililər, salon, rəqs zalı, iki həbsxana, dəmiryolu stansiyası və iki boş ticarət meydançası.  Bəzi binalar tamamilə normal, digərləri isə baxımsız və uçmaq vəziyyətindədir.

Şəhərdə yalnız hazırki sahibkarlarla əlaqəli olan 10 nəfər sakin yaşayır, bu da sizə oraya öz ailənizi və  dostlarınızı köçürmək və qanunla qadağan olunmayan hər bir işi görmək üçün kifayət qədər boş ərazi əldə etmək imkanı verir. Lakin qanun yaratmaq da sizin çiyinlərinizə düşdüyü üçün, təyin olunmamış qanunpozuntusuna görə də cəzanı özünüz tətbiq etməli olacaqsınız, o cümlədən, Vəhşi Qərbdə olduğu kimi istədiyiniz hər şeyi etmək də tamamilə mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Lakin, ola bilər ki, şəhər artıq alınıb, çünki KIV-lərdə də bu barədə informasiya bir neçə ay əvvəl verilmişdi, əgər belə deyilsə, onda sizdə hələ ki, şans var ) 

Banco.az 

Aynur Həsənova

Ən sərfəli krediti almaq üçün müraciət et