ABŞ-da 650 bank kriptovalyuta mübadiləsi xidmətini təqdim edəcək | Banco.az

ABŞ-da 650 bank kriptovalyuta mübadiləsi xidmətini təqdim edəcək

Rəqəmsal aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan New York Digital Investment Group (NYDIG) və ödəniş operatoru olan National Cash Register (NCR) birgə əməkdaşlıq müqaviləsi baglayıb. Bu müqavilə sayəsində ABŞ-da fəaliyyət göstərən 650 bank və kredit təşkilatları öz müştərilərinə kriptovalyuta almaq imkanı təqdim edə biləcək. Kriptovalyuta əməliyyatları müəyyən komissiya qarşılığında birbaşa NYDIG tərəfindən təmin ediləcək. Mübadilə prosesi isə NCR tərəfindən hazırlanmış xüsusi mobil tətbiqetmə ilə həyata keçiriləcək. Banklar və maliyyə təşkilatları üçün əsas məqam odur ki, onlar rəqəmsal aktivləri saxlamayacaqlar, bu o deməkdir ki, tənzimləyici orqanların inzibati maneələrindən çəkinməyə imkan yaranacaq.

NCR, 1884-cü ildə ABŞ-da yaradılmış və bank, maliyyə, səyahət və tibb sənayesi üçün məhsullar üzrə ixtisaslaşmış texnologiya şirkətidir. NCR-in rəqəmsal bankçılıq departamentinin rəhbəri Douglas Brown şirkətin kriptovalyutaların üstünlüklərindən əmin olduğunu və strateji tətbiq imkanlarını diqqətlə araşdırdığını söylədi. Douglas Brown: “bank müştəriləri tərəfindən kriptovalyutaların qəbul edilməsi prosesi tədricən olacaq. Hazırda gün ərzində bir neçə dəfə bank əməliyyatı aparmaq adi şeydir. Rəqəmsal aktivlərlə əməliyyatlar aparmaq üçün insanlar ilk növbədə kriptovalyutanın nə olduğunu anlamalıdırlar.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram