ABŞ-da 3 kriptovalyuta şirkətinə qarşı "fırıldaqçılıq" iddiası | Banco.az

ABŞ-da 3 kriptovalyuta şirkətinə qarşı "fırıldaqçılıq" iddiası

Müəllif: Mehin Qasımova/Banco.az 

ABŞ-da kriptovalyuta şirkətləri "Gemini", "Genesis" və "Digital Currency Group" (DCG)  məhkəməyə verilib.

Banco.az xəbər verir ki, verilən açıqlamada, sözügedən şirkətlərin 230 mindən çox investoru 1 milyard dollardan çox aldatdığı qeyd edilib.

Baş prokuror Gemini-nin  və Genesis-in daxili maliyyə hesabatlarının riskli olduğunu bildirib:

“Bu fırıldaq pis aktyorların qeyri-adekvat tənzimlənən kriptovalyuta sənayesinə zərər vurmasının daha bir nümunəsidir. Aldadıcı kriptovalyuta şirkətlərini dayandırmaq və daha güclü tənzimləmələr aparmaq  lazımdır. Bütün investorların hüquqlarını  qorumağa davam edəcəm".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram