"ABŞ Çinin öhdəliklərini yerinə yetirməsi üçün 2025-i son tarix olaraq müəyyənləşdirib" | Banco.az

"ABŞ Çinin öhdəliklərini yerinə yetirməsi üçün 2025-i son tarix olaraq müəyyənləşdirib"

ABŞ ilə Çin arasında ticarət danışıqları haqqında məlumata malik olan üç mənbəyə görə, ABŞ, Çinin əmtəə alışları və Amerika şirkətlərinin Çində tamamilə şirkət sahibi olması mövzularındakı öhdəliklərini yerinə yetirməsi üçün 2025-ci ili son tarix kimi müəyyənləşdirib.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı danışıqlar Çin Baş nazirinin Köməkçisi Liu He ilə ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer və Xəzinə Naziri Stiven Mnuchin arasında Vaşinqtonda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Tərəflər bir neçə gün ərzində razılığa gələrək ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Xi Jinpingin imza mərasimi keçirməsini hədəfləyir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et