ABŞ Çinin 6 şirkətini qara siyahıya salıb | Banco.az

ABŞ Çinin 6 şirkətini qara siyahıya salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ rəhbərliyi 6 Çin şirkətini ixrac qara siyahısına əlavə edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda sözügedən 6 şirkətin ABŞ-ın milli təhlükəsizlik və ya xarici siyasət maraqlarına zidd hərəkət etməsinin təsdiqləndiyi qeyd olunub.

Pekin Nanjiang Aerokosmik Texnologiyası, Çin Elektron Texnologiyaları Qrupu Korporasiyasının 48-ci Tədqiqat İnstitutu, Dongguan Lingkong Uzaqdan Zondlama Texnologiyası, Eagles Men Aviasiya Elm və Texnologiya Qrupu, Guangzhou Tian-Hai-Xiang Aviasiya Texnologiyası və Shanxi Eagles Men Aviasiya Elmi və Texnologiyası Qrupu siyahıya əlavə olunan şirkətlərdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ixrac qara siyahısına salınan şirkətlər üçün müəyyən məhsulların ixracı, təkrar ixracı və ya ötürülməsi üçün xüsusi lisenziya tələb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et