ABŞ Çini 200 faiz vergi ilə təhdid edib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ Çini 200 faiz vergi ilə təhdid edib

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Tramp Cənubi Koreya prezidenti Li Jae Myung ilə Oval kabinetdə keçirdiyi görüşdə mətbuat mənsublarına Çinlə bağlı qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, ABŞ-ın Çinlə əvvəlkindən daha yaxşı iqtisadi əlaqələrə malik olduğunu ifadə edən Tramp, Çinin ağıllı davrandığını və demək olar ki, dünyanın maqnitlərini inhisara aldığını bildirib.

"Onlar bizə maqnit verməlidirlər, verməsələr, 200% tarif və ya buna bənzər bir şey tətbiq etməliyik"- dedi Tramp.

Donald Tramp vurğulayıb ki, ABŞ maqnit sahəsində Çinə qarşı mövqeyini gücləndirir və yaxın vaxtlarda ölkənin kifayət qədər maqnit ehtiyatına sahib olacağını bildirib.