ABŞ Çinə yeni məhdudiyyətlər tətbiq edəcək | Banco.az

ABŞ Çinə yeni məhdudiyyətlər tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti Çinə yeni qadağalar tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ Çin şirkətlərinin “Amazon” və “Microsoft” kimi Amerika nəhənglərinin bulud hesablama xidmətlərinə çıxışını məhdudlaşdırmağa hazırlaşır.

Ötən ay ABŞ dövlət katibi Antoni Blinkenin Çin lideri Si Cinpinlə görüşü ABŞ-Çin münasibətlərində yumşalma mənzərəsi yaratsa da, iqtisadi cəbhədə baş verənlər bunun üçün hələ çox erkən olduğunu göstərir.

Belə ki, Bayden administrasiyası ABŞ bulud hesablama şirkətlərindən Çin şirkətlərinə süni intellekt xidmətləri kimi xidmətlər təqdim etməzdən əvvəl hökumət icazəsi tələb etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Canet Yellen bu hadisələr fonunda sabah Çinə rəsmi səfərinə başlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et