ABŞ Çinə tətbiq edilən ixrac məhdudiyyətlərini yeniləyib | Banco.az

ABŞ Çinə tətbiq edilən ixrac məhdudiyyətlərini yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Çinə süni intellekt çipləri və alətlərinin ixracına qoyulan məhdudiyyətləri yeniləyib.

Banco.az xəbər verir ki, Bayden administrasiyası Pekinin çip istehsal sənayesinin fəaliyyətini milli təhlükəsizliklərə əsaslanaraq məhdudlaşdırmaq səylərinin bir hissəi kimi Çinin ABŞ-ın süni intellekt (AI) çiplərinə və çip hazırlama alətlərinə çıxışını çətinləşdirməyə yönəlmiş qaydalara yenidən baxıb.

Oktyabr ayında dərc edilən qaydalar “Nvidia” və digər şirkətlər tərəfindən hazırlanmış daha təkmil AI çiplərinin Çinə daşınmasını dayandırmağı hədəfləyir. Həmçinin bildirilənə görə, Çinə çip daşınması ilə bağlı məhdudiyyətlər həmin çipləri ehtiva edən noutbuklara da şamil edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 166 səhifədən ibarət yeni qaydalar cümə axşamı qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et