ABŞ Çindən gələn səyahətçilərdən Kovid-19 testi tələb edəcək | Banco.az

ABŞ Çindən gələn səyahətçilərdən Kovid-19 testi tələb edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Çində yoluxma sayının artması səbəbindən bu ölkədən gələnlərdən Kovid-19 testi tələb edəcək.

Banco.az xəbər verir ki, 5 yanvar 2023-cü il tarixindən etibarən Çindən ABŞ-a gələnlər üçün Kovid-19 testinin neqativ nəticəsini təqdim etmək zəruri olacaq.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

CDC-dən təqdim edilən yazılı bəyanatda sözügedən qaydanın Honkonq və Makaodan səyahət edəcək şəxslərə də şamil ediləcəyi bildirilib.

Bəyanatda Çindən səfər edəcək peyvənd edilmiş və ya edilməmiş 2 yaşdan yuxarı hər kəsdən testin istəniləcəyi, bunun üçüncü ölkədən tranzit uçuşu edən şəxslər üçün də keçərli olacağı qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram