Müəllif - Aida İsaq, Banco.az
ABŞ Rusiya ilə əməkdaşlığı davam etdirən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib. Onun sözlərinə görə, ABŞ rəsmiləri birbaşa Çin şirkətlərinə və maliyyə qurumlarına müraciət etməyi planlaşdırır. Beləliklə, Rusiyaya maddi dəstək göstərəcəkləri təqdirdə Çin şirkətləri və bankları sanksiyalarla üzləşə bilər. Eyni zamanda Rusiyaya qonşu ölkələrdə də bu istiqamətdə görülən işlərin qarşısını almaq məqsədi ilə, ABŞ həmin dövlətlərin qlobal maliyyə sistemindən uzaqlaşdırılması barədə xəbərdarlıq edib.
Bizi sosial şəbəkələrdən izləyin!!