ABŞ Çin banklarına qarşı sanksiyalar tətbiq edə bilər | Banco.az

ABŞ Çin banklarına qarşı sanksiyalar tətbiq edə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Rusiya ilə əməkdaşlığa görə bəzi Çin banklarını qlobal maliyyə sistemindən kənarlaşdıra biləcək sanksiyalar hazırlayır.

Banco.az xəbər verir ki, Çin tərəfinin köməyi Moskvaya hərbi-sənaye potensialını bərpa etməyə imkan verib, çünki Pekin Rusiyaya elektron sxemlərin, təyyarə hissələrinin, avtomobillərin və dəzgahların əsas tədarükçüsünə çevrilib. Bankların Rusiya Federasiyasına kommersiya ixracında, ödənişləri emal etməkdə və müştəri şirkətlərə ticarət krediti verməkdə əsas vasitəçi kimi xidmət etdikləri bildirilir.

Məlumata görə, ABŞ rəsmiləri son həftələrdə şəxsi görüşlərdə və telefon danışıqlarında Pekinə təzyiqləri artıraraq, Vaşinqtonun ikili təyinatlı malların ticarəti ilə məşğul olan Çin maliyyə qurumlarına qarşı tədbir görməyə hazır olduğu barədə xəbərdarlıq ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, aprelin 24-də ABŞ Dövlət katibi Antoni Blinken Çinə üç günlük səfərə gedəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et