Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay ABŞ federal hökumətinin büdcə kəsiri 347 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi may ayı üzrə büdcə balansı hesabatını dərc edib.
Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024-cü maliyyə ilinin 8-ci ayında federal hökumətin büdcə kəsiri 347 milyard dollar hesablanıb.
Federal hökumətin ötən ilin eyni ayında 240 milyard dollar büdcə kəsiri vermişdi. Beləliklə, ötən ilin eyni ayı ilə müqayisədə büdcə kəsirində 44 faiz artım olub.
Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu büdcənin 279,6 milyard dollar kəsir verəcəyi istiqamətində idi.
Hökumətin gəlirləri may ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə təxminən 5 faiz artaraq 324 milyard dollara, xərcləri isə 22 faiz artaraq 671 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!