Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay ABŞ büdcəsində 296 milyard dollar kəsir yaranıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi fevral ayı üzrə büdcə balansı hesabatını dərc edib.
Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və bu ilin 30 sentyabrında sona çatacaq 2024-cü maliyyə ilinin 5-ci ayında federal hökumətin büdcə kəsiri 296 milyard dollar olaraq hesablanıb.
Qeyd edək ki, federal hökumətin ötən ilin fevralında 262 milyard dollarlıq büdcə kəsiri var idi. Bu da onu göstərir ki, büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 13 faiz artıb.
Sözügedən dövr üzrə ekspertlərin proqnozu isə 298,5 milyard dollar büdcə kəsiri reallaşacağı istiqamətində idi.
Fevralda hökumətin gəlirləri 3 faiz artaraq 271 milyard dollara, xərcləri isə 8 faiz artaraq 567 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!