ABŞ büdcəsində 249 milyard dollar kəsir açıqlanıb | Banco.az

ABŞ büdcəsində 249 milyard dollar kəsir açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Maliyyə Nazirliyi noyabr ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Banco.az xəbər verir ki, bu hesabata görə, 1 oktyabr 2022-ci ildə başlayan və 30 sentyabr 2023-cü ildə sona çatacaq 2023 maliyyə ilinin noyabr ayında federal hökumətin büdcə kəsiri 249 milyard dollar olaraq hesablanıb.

Federal hökumət keçən ilin eyni ayında 191 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. Bu da onu göstərir ki, bu ilin noyabrında büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 30 faiz artıb.

Proqnozlar isə 248 milyard dollar büdcə kəsirinə işarə edirdi.

Qeyd edək ki, noyabrda hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 10 faiz azalaraq 252 milyard dollar, xərcləri isə təxminən 6 faiz artaraq 501 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et