Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Dövlət Departamenti Tayvana 300 milyon dollar dəyərində “F-16” döyüş təyyarələri üçün ehtiyat hissələrinin mümkün satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilib ki, Taypeyin İqtisadi və Mədəniyyət Nümayəndəliyi (adanın faktiki səfirliyi) “F-16” üçün ehtiyat hissələri, komponentlər, istehlak materialları, eləcə də təyyarələrə texniki xidmət tələb edib. Standart ehtiyat hissələrinin Tayvana 220 milyon dollara, qeyri-standart hissələrin isə 80 milyon dollara satışına icazə verilir.
Qeyd edilib ki, mümkün sövdələşmə ABŞ qanunlarını pozmur və ölkənin döyüş hazırlığına xələl gətirməyəcək. Amerika administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu mümkün bloklamaq üçün 30 günü var.
Bizi sosial şəbəkələrdən izləyin!!