Müəllif:Ayşən İmanova/Banco.az
Vaşinqton administrasiyası F-35 qırıcıları, “Patriot” zenit-raket kompleksləri və “Abrams” tankları da daxil olmaqla, Amerika silahlarının alınmasına kömək etmək üçün Polşaya 2 milyard dollar kredit ayırmağa qərar verib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında bildirilir.
"Birləşmiş Ştatlar Polşaya hərbi ehtiyaclar üçün maliyyə yardımı çərçivəsində 2 milyard dollarlıq birbaşa kredit ayırmaq üçün ikinci sazişi elan edir",- sənəddə deyilir. Qeyd edilib ki, Polşa F-35 təyyarələri, “Patriot” raket sistemləri və “Abrams” tanklarının alınması daxil olmaqla, böyük hərbi modernləşdirmə proqramını həyata keçirir.
Millerin bildirib ki, bu yardım Polşaya NATO-nun şərq cinahında müdafiənin gücləndirilməsinə töhfə verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!