Müəllif - Aida İsaq, Banco.az
ABŞ Xəzinədarlığı Suriyanın iki maliyyə müəssisəsini sanksiya siyahısına daxil edib.
Banco.az xəbər verir ki, sözügedən şirkətlər "Al-Fadel Exchange" və "Al-Adham Exchange Company"dir. Məlumata görə, buna səbəb hər iki şirkətin ölkə hakimiyyətinin əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçərək qlobal maliyyə sisteminə çıxışına dəstək verməsi olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb.
Bizi sosial şəbəkələrdən izləyin!!