ABŞ bu ölkədən bağlamaların qəbulunu dayandırdı | Banco.az

ABŞ bu ölkədən bağlamaların qəbulunu dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Poçt Xidməti Çindən gələn bağlamaların qəbulunu dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) nəşri məlumat yayıb.

Amerika poçtu dayandırmanın səbəbi ilə bağlı heç bir izahat verməyib. Bununla belə, mənbənin məlumatına görə, Çindən məktub və banderolların qəbulu davam edir.

Bu addımın Pekinin Vaşinqtona qarşı tətbiq etdiyi rüsumlar ilə bağlı olub-olmadığı hələ ki aydın deyil.

Xatırladaq ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum tətbiq edilir, ancaq icrası 30 günlük dayandırılıb. Çin mallarına isə tətbiq edilən əlavə tarif 10% təşkil edəcək.

Bu tədbirlərə cavab olaraq, Çinin Dövlət Şurası 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.