ABŞ bu ölkə vətəndaşları üçün viza rejimini ləğv edir | Banco.az

ABŞ bu ölkə vətəndaşları üçün viza rejimini ləğv edir

Müəllif:Ayşən İmanova/Banco.az

Rumıniya vətəndaşları Səyahət İcazəsinin Elektron Sistemi (ESTA) platforması vasitəsilə ABŞ hakimiyyətinə gələcək səfərləri barədə məlumat verərək mart ayından etibarən ABŞ-yə vizasız daxil ola biləcəklər.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Emil Hurezeanu məlumat verib.

"Biz daha 2,5 ay, yəni martın 1-nə qədər gözləməliyik. Söhbət texniki sistemlərin həllindən gedir", - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Rumıniya, ABŞ-yə daxil olmaq üçün vətəndaşlarından viza tələb edilməyən 43-cü ölkə olacaq.

Qeyd olunub ki, yanvarın 10-da ABŞ-nin daxili təhlükəsizlik naziri və Rumıniya səfiri Vaşinqtonda iki ölkə arasında vizasız rejimin tətbiq olunduğunu rəsmən elan edəcəklər.