ABŞ bu çip istehsalı şirkətinə 6,6 milyard dollar vəsait ayıracaq | Banco.az

ABŞ bu çip istehsalı şirkətinə 6,6 milyard dollar vəsait ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Tayvanda yerləşən çip istehsalçısı “TSMC” şirkətinə 6,6 milyard dollar vəsait ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yazılı bəyanat verib.

Bəyanatda yarımkeçiricilərin smartfonlardan tutmuş avtomobillərə, peyklərə və silah sistemlərinə qədər hər şeyi gücləndirdiyinə diqqət çəkilib.

Baydenin sözlərinə görə, Amerika bu çipləri ixtira edərkən, qlobal potensialın 40 faizini istehsal etdiyi halda, istehsalın zamanla 10 faizdən bir qədər çox azalıb.

Bəyanatda ABŞ Ticarət Nazirliyinin ölkədə ən müasir yarımkeçirici istehsal müəssisələrinin tikintisini dəstəkləmək üçün “TSMC” ilə əldə etdiyi ilkin razılaşma ilə bu irəliləyişi davam etdirdiklərini vurğulan Bayden qeyd edib ki, bu investisiya sayəsində “TSMC” Finiks şəhərində üçüncü çip fabriki quracaq və Arizonadakı ümumi investisiyasını 65 milyard dollara çatdıracaq. 

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən investisiya qoyuluşu minlərlə dolayı iş yeri yaratmaqla yanaşı, 25 mindən çox birbaşa tikinti və istehsalat iş yeri yaradacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et