ABŞ bu bankı 400 milyon dollar cərimələdi | Banco.az

ABŞ bu bankı 400 milyon dollar cərimələdi

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) və ABŞ Maliyyə Nazirliyinin Valyuta Nəzarəti Şöbəsi “Citigroup” və onun bankı “Citibank”la bağlı yekun qərarını açıqlayıb.

“Report” xəbər verir ki, Federal Ehtiyatlar Sistemi “Citigroup”a uzun müddətdir risk idarəetməsi və daxili nəzarət sistemləri ilə əlaqəli davam edən nöqsanı aradan qaldırmaq barədə göstəriş verib.

Valyuta Nəzarəti Şöbəsi oxşar iddialarla “Citibank”ı 400 milyon ABŞ dolları məbləğində cərimələyib. Bu vəsait ABŞ Maliyyə Nazirliyinə ödənilməlidir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram