ABŞ “Brent”in qiymətinə dair proqnozunu açıqlayıb | Banco.az

ABŞ “Brent”in qiymətinə dair proqnozunu açıqlayıb

ABŞ “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, bu il “Brent” neftinin bir barrelinin orta qiymətinin 61 dollar olacağı nəzərdə tutulur.

EIA gələn ilin əvvəlində isə “Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

“Yanvarda neftin orta qiyməti əvvəlki aya görə 2 dollar artaraq 59 dollar/barrel olub. Ancaq qiymət hələ də ötən ilin eyni dövrünə görə 10 dollar/barrel aşağıdır”, - deyə məlumatda bildirilir.

marja