ABŞ BMT-yə 2 milyard dollarlıq humanitar yardım vəd edib | Banco.az

ABŞ BMT-yə 2 milyard dollarlıq humanitar yardım vəd edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Birləşmiş Millətlər Təşkilatına 2 milyard dollarlıq humanitar yardım vəd edib.

Banco.az xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti bildirib ki, Tramp administrasiyasının 2025-ci ildə xarici yardımlarda etdiyi böyük ixtisarlardan sonra, 2026-cı ildə ondan çox ölkədə aclıq və xəstəliklə üz-üzə qalan milyonlarla insana 2 milyard dollar həcmində yardım göstəriləcəyi vəd olunub.

ABŞ bu il yardım xərclərini əhəmiyyətli dərəcədə azaldarkən, Almaniya başda olmaqla bir sıra aparıcı Avropa ölkələri də müdafiə xərclərinə üstünlük verdikləri üçün dəstəklərini ixtisar ediblər. Bu vəziyyət Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün ciddi maliyyə çatışmazlığı yaradıb.

Nazirlik bazar ertəsi günü açıqlayıb ki, vəd edilən yardım “BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA)” tərəfindən koordinasiya olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram