ABŞ birjalarında Çin şirkətlərinə qarşı tələblər sərtləşdiriləcək | Banco.az

ABŞ birjalarında Çin şirkətlərinə qarşı tələblər sərtləşdiriləcək

ABŞ-ın fond birjalarında kotirovka olunan Çin şirkətləri hökümətin onların biznesinə müdaxilə edə bilmə risklərini öz hesabatlığında göstərməli olacaq.

Bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bəyanatında deyilir.

Bu, Çinin tənzimləyici orqanlarının ölkənin ən iri taksi servisi “Didi”yə qarşı təhqiqat başlamasından sonra SEC-in ilk bəyanatıdır. Təhqiqat şirkətin Nyu-York fond birjasında baş tutan listinqindən sonra başladılıb. Nəticədə “Didi”nin səhmələri indiyə qədər dəyərinin ¼-ni itirib.

Ötən həftənin sonunda isə tənzimləyicilərin Çində onlayn təhsilin tənzimlənməsini sərtləşdirmək, o cümlədən xarici investorlardan kapital cəlb etməyə və IPO keçirməyə qadağa qoymaq niyyətində olduğuna dair məlumat yayılıb. Bundan sonra həmin şirkətlərin səhmləri kütləvi şəkildə satılmağa başlanıb. Bəzi təhsil platformaları bir gündə dəyərinin yarısını itirib. Bazar ertəsi bu proses davam edib. Təhsil sektoru ilə yanaşı digər Çin şirkətləri, o cümlədən texnologiya, səhiyyə və daşınmaz əmlakla bağlı şirkətlər dəyərdən düşüb. Həmin gün investorlar Şanxay və Şençjen birjalarında kotirovka olunan şirkətlərin 2 milyard dollarlıq səhmlərini satıb.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et